Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

Hazırda oxunan: Pensiya kartlarını alıb, ruhi dispanserə SALDIRIB – “14 ildir DÖYÜR” - VİDEO

256222

Xaçmazda iki qardaş ögey qardaşları tərəfindən döyülüb. Yergüc kənd sakinləri 33 yaşlı Ələsgər və 27 yaşlı Əmiraslan Əspəndiyevlər ögey qardaşları İlyas Əspəndiyev, onun həyat yoldaşı Yeganə və oğlu Elşən tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıblar.

Bu azmış kimi İlyas Əspəndiyev biri nitq qüsurlu olmaqla ögey qardaşlarını şəxsi təsərrüfatında qul kimi işlədib.

Sən demə İlyas Əspəndiyev və onun ailə üzvləri Əmiraslan və Ələsgərə 14 ildir ki, fiziki zorakılıq göstəriblərmiş. 
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məsələnin Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürüldüyünü və araşdırmaların davam etdiyini bildirib. Müvafiq ekspertiza təyin edilib.


Ekspertiza rəyindən asılı olaraq xəsarətin dərəcəsi müəyyən olunmaqla əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


Aytəkin Alxaslı, Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO