40 illik satıcıların SİRRİ açıldı – Sən demə yemiş...

40 illik satıcıların SİRRİ açıldı – Sən demə yemiş...

Hazırda oxunan: 40 illik satıcıların SİRRİ açıldı – Sən demə yemiş...

256196

Yay aylarında ən çox sevilən meyvələrdən olan yemişi düzgün seçmək ən az qarpız qədər vacibdir.

Bu sahədə 40 illik təcrübəsi olan meyvə-tərəvəz satıcılarının sirri ortaya çıxıb.

Bizim.Media Musavat.com-a istinadla yemiş seçməyin 4 əsas üsulunu təqdim edir:

Qabığına diqqət edin

Əgər qabıq yaşıl və parlaqdırsa, bu, yemişin yetişmədiyini bildirir. Yetişmiş yemiş sarıya çalan rəngə malik olur və üzərində aydın, naxışlı xətlər görünür.

Qoxusuna diqqət edin

Yemişin sap hissəsinə burnunuzu yaxınlaşdırın. Əgər bu hissədən xoş qoxu gəlirsə, bu, meyvənin yetişdiyini və dadlı olduğunu göstərir.

Barmağınızla vurun

Yemişin yetişib-yetişmədiyini müəyyənləşdirmək üçün barmağınızla onun üzərinə yüngülcə vurun. Əgər "bum-bum" kimi səs gəlirsə, bu, meyvənin yetişmiş olduğunu göstərir. Əgər səs boğuq və zəif çıxırsa, bu, içinin boş olduğunu və ya xarab olmağa başladığını göstərə bilər.

Ağırlığına baxın

Eyni ölçüdə olan yemişlərdən daha ağır olanı seçin. Ağırlıq meyvənin içinin sulu və dolu olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO