Cəlilabad rayonunun Ələt-Astara magistral yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ciddi yol qəzası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobildə olan 1998-ci il təvəllüdlü Əliş Abbasov və Tahirə Abbasova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralıları Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub Bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:39 / 23.06.2025
Cəlilabadda ağır qəza: 2 yaralı var - FOTO
Hazırda oxunan: Cəlilabadda ağır qəza: 2 yaralı var - FOTO
Hazırda oxunan: Cəlilabadda ağır qəza: 2 yaralı var - FOTO
256179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.