Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

256157

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.

Bizim.Media Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 6223, 2023-2024-cü tədris ilində isə 6680 nəfər olub.

Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Son tədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkil edib. Digər ölkələr aşağıdakı kimidir:

İran - 942 nəfər

Rusiya - 794 nəfər

Hindistan - 305 nəfər

Suriya - 148 nəfər.
 

Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidə olunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə 20 nəfərdən 38 nəfərə yüksəlib.


Eyni zamanda, 2024-2025-ci tədris ilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94 nəfər tələbə ölkəmizdə ali təhsil alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO