Rövşən Təhməzov ev dustaqlığına buraxıldı

Rövşən Təhməzov ev dustaqlığına buraxıldı

Hazırda oxunan: Rövşən Təhməzov ev dustaqlığına buraxıldı

256151

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Bizim.Media xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində tiktoker Rövşən Təhməzovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. 

Vəsatət təmin edilib və onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalından azad edilib.
 

Qeyd edək ki, ötən ilin dekabr ayında Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.


Cinayət işi üzrə təqsirli bilinən Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO