İran-İsrail arasında davam edən münaqişəyə görə İranda olan xarici ölkə vətəndaşları öz vətənlərinə qayıtmaqda tranzit ölkə kimi daha çox Azərbaycanı seçir.
Bizim.Media xəbər verir ki, “Astara” dövlət sərhəd buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.
Bu gün təxliyə olunanlar arasında Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ, Portuqaliya, Belçika və digər ölkələrin vətəndaşları var.
Onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:09 / 22.06.2025
Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO
Hazırda oxunan: Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO
Hazırda oxunan: Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO
256092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.