Lənkəranda ağır qəza: Sürücü xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: Sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: Sürücü xəsarət aldı - FOTO

256046

Lənkəranda yük avtomobili minik avtomobili ilə toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci kilometrliyində, Gərmətük qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə "VAZ-2104" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ-2104"ün sürücüsü — 1976-cı il təvəllüdlü, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO