Kanalda batan 15 yaşlı məktəblinin meyiti tapıldı

Kanalda batan 15 yaşlı məktəblinin meyiti tapıldı

Hazırda oxunan: Kanalda batan 15 yaşlı məktəblinin meyiti tapıldı

256017

Qarabağ kanalında batan 15 yaşlı məktəblinin meyiti tapılıb. 

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 3 gün əvvəl Qarabağ suvarma kanalının Yevlax rayon Tanrıqullar kəndi ərazisindən keçən hissəsində batan Mingeçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhanovicin meyiti sudan çıxarılıb. 

Qeyd edək ki, yeniyetmənin meyiti onun boğulduğu ərazisidən 15 kilometr kənarda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO