Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan obyektin (market kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və tavanı, marketdə olan 9 ədəd soyuducu, həmçinin sahəsi 18 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan mallar yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Obyektin qalan hissəsi, 3 ədəd ödəmə aparatı və digər bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:47 / 21.06.2025
Bakıda marketdə YANĞIN OLDU
Hazırda oxunan: Bakıda marketdə YANĞIN OLDU
Hazırda oxunan: Bakıda marketdə YANĞIN OLDU
255965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.