Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

Hazırda oxunan: Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

255942

Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri bu gün Ağdam dəmir yolu vağzalında başa çatıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 21-də Şuşa və Ağdamla tanışlıqdan sonra diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək, buradan sürət qatarı ilə Bakıya doğru yola çıxıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO