Sərnişinlərin NƏZƏRİNƏ: Daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Sərnişinlərin NƏZƏRİNƏ: Daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: Daha 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

255941

Bakıda daha 3 - 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
 

Qeyd edilib ki, iyunun 24-ü 09:00-dan iyunun 26-sı 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.


Məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO