Astarada arxeoloji KƏŞF – “Lotos” çiçəyi formasında qədim hovuz tapıldı – FOTO

Astarada arxeoloji KƏŞF – “Lotos” çiçəyi formasında qədim hovuz tapıldı – FOTO

Hazırda oxunan: Astarada arxeoloji KƏŞF – “Lotos” çiçəyi formasında qədim hovuz tapıldı – FOTO

255927

Astaranın Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar zamanı unikal hovuz kompleksi üzə çıxarılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyasına rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev bu barədə məlumat verib.

O, bildirib ki, hovuz yoncavari (“Lotos” çiçəyi) formada olub və diametri təxminən 1,5 metrdir. Kompleksə daş su arxları və döşəməsi plitələrlə örtülmüş əlavə tikililər daxildir.



Saxsı qalıqlar və tikinti texnikasına əsasən, bu qurğunun eramızdan əvvəl I əsr – eramızın III əsrinə aid olduğu güman edilir. Qalaya bitişik divar izləri və relyef hovuzun ritual və ya ictimai məqsədlə istifadə olunduğunu göstərir.

Bu tip memarlıq nümunəsi daha əvvəl yalnız Yaxın Şərq, İran və Aralıq dənizi ərazilərində qeydə alınıb. Azərbaycanda ilk dəfə aşkarlanması isə ölkənin qədim memarlıq tarixində əhəmiyyətli elmi yenilik hesab olunur.

Qazıntılar hazırda davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO