Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası məlumat yayıb.
Qeyd edək ki, Ülviyyə Zülfiqar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr fakültəsini bitirib. 16 il ATV kanalının xəbər departamentinin siyasi analitika şöbəsində müxtəlif vəzifələrdə çalışıb, 2020-2024-cü illərdə "news.az" saytının direktoru vəzifəsini tutub.
O, 2022-ci ildən Qərbi Azərbaycan İcmasının mətbuat katibi, 2024-cü ildən 2025-ci ilin iyunununadək isə İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri vəzifəsində çalışıb. COP29-da fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnaməyə layiq görülüb.
Ülviyyə Zülfiqar hazırda siyasi ekspert kimi fəaliyyətini davam etdirməklə yanaşı AKTA-nın media, eləcə də xarici əlaqələr kimi istiqamətlərinə icraçı direktorun müşaviri qismində dəstək göstərəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin olundu – FOTO
Hazırda oxunan: Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin olundu – FOTO
Hazırda oxunan: Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin olundu – FOTO
255912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.