Bir qrup gənc yığışıb qərara gəlib ki, ətraf mühiti sağlamlaşdırmaq üçün digər yaşıdlarına da örnək olsunlar.
Onlar bu məqsədlə “The Ecologist” proyektini reallaşdırmağa başlayıblar.
Proyektin yaradıcısı Faiq Nağıyevin rəhbərliyi ilə ilk aksiyalarına da Bakı çimərliklərindən start veriblər. İki gün ərzində Novxanı çimərliyindən xeyli məişət tullantısı yığaraq Xəzərin sahilində gözəllik yaradıblar.
MÖVZU İLƏ BAĞLI:
ADA Universitetinin “Bir Müəllimin Manifesti” təşəbbüsü – FOTOLAR
50 - dən çox gəng ekoaktivistin həyata keçirdiyi bu tədbir Azərbaycanda ekologiya sahəsinə olan marağın artırılması, ətraf mühitin təmiz saxlanılması, gənc nəslin ekologiya cəhəddən tərbiyələndirilməsi məqəsdi daşıyıb.
ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “The Ecologist” proyektinin ilk aksiyasından görüntüləri diqqətinizə təqdim edirik:
Bizim.Media