“Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır”.
Bizim.Media xəbər verir ki, bu barədə “Teleqraf.az”a Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.
"Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”, - səfir əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:44 / 21.06.2025
Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
Hazırda oxunan: Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
Hazırda oxunan: Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...
255891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.