Gilasın tərkibində şəkərin miqdarı yüksək olduğuna görə arıqlamaq istəyən insanlar bu meyvədən ölçülü şəkildə istifadə etməlidirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Moskva” xəbər agentliyinə Krasnoqorsk Xəstəxanasının terapevti İvan Eremenko məlumat verib.
“Arıqlamaq üçün əsas məsələ kalori çatışmazlığına əməl etməkdir.
Hətta faydalı məhsullar da həddindən artıq istifadə edildikdə arıqlamağa mane ola bilər. Gün ərzində bir ovuc, təxminən 100 qram gilas yemək kifayətdir. Bu ya günün birinci yarısında, ya da ara günorta və axşam yeməyi arası vaxtda qəbul edilə bilər”, — deyə Eremenko bildirib.
Mütəxəssis əlavə edib ki, gilasın tərkibində olan C vitamini, antioksidantlar, kalium və fol turşusu bu meyvəni yüksək təzyiqdən əziyyət çəkənlər və hamilə qadınlar üçün faydalı edir.
Onun sözlərinə görə, gilası əsas yeməkdən bir saat əvvəl və ya 1,5–2 saat sonra yemək daha məqsədəuyğundur.
Gecə isə gilas yemək məsləhət görülmür, çünki bu, qarın ağrılarına səbəb ola bilər.
Eremenko həmçinin qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu və allergiyası olan insanlar gilasdan uzaq durmalıdırlar, çünki bu meyvə onların orqanizmində arzuolunmaz reaksiyalara səbəb ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:33 / 21.06.2025
Gilası buna görə yatmazdan əvvəl yemək OLMAZ
Hazırda oxunan: Gilası buna görə yatmazdan əvvəl yemək OLMAZ
Hazırda oxunan: Gilası buna görə yatmazdan əvvəl yemək OLMAZ
255848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.