Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata görə, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq.
Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.
Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zala daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 21.06.2025
Bakı metrosu saat 02:00-dək İŞLƏYƏCƏK
Hazırda oxunan: Bakı metrosu saat 02:00-dək İŞLƏYƏCƏK
Hazırda oxunan: Bakı metrosu saat 02:00-dək İŞLƏYƏCƏK
255847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.