Yay aylarının ən sevilən meyvələrindən biri olan qarpız təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Qarpızın 92 faizi sudan ibarətdir. Bu xüsusiyyəti ilə bədənin maye ehtiyacını qarşılayır və orqanizmdəki su balansını qorumağa kömək edir.
Bizim.Media xəbər verir ki, qarpız A və C vitaminləri ilə immun sistemini gücləndirir. Tərkibindəki antioksidant likopen isə ürək sağlamlığı üçün faydalıdır. Kaliumla zəngin olması səbəbindən qan təzyiqinin tənzimlənməsində də rolu var.
Aşağı kalorili olduğu üçün bir çox pəhriz proqramında yer alır. Lakin təbii şəkər tərkibinə görə şəkərli diabet və böyrək xəstələri miqdara diqqət etməlidirlər.
Qarpız toxumlarının gizli faydaları
Adətən çıxarıb atdığımız qarpız toxumlarının isə əslində sağlamlıq üçün bir çox faydası var. Qovrulub yeyildikdə ürək sağlamlığına müsbət təsir göstərir. Eyni zamanda yağ turşuları, maqnezium və proteinlə zəngindir. Yaddaşı gücləndirir, pis xolesterolu azaldır.
Qarpız toxumlarında olan kolulin adlı amin turşusu dərinin elastikliyini artırır və dərinin bərpasına kömək edir. Beləliklə, həm sağlamlıq, həm də gözəllik baxımından faydalıdır.
İstehlak zamanı diqqətli olun
Faydaları çox olsa da, qarpızın həddindən artıq qəbulu bəzi mənfi təsirlərə səbəb ola bilər. Şişkinlik, mədə narahatlığı və qan şəkərində dalğalanmalar yarada bilər. Mütəxəssislər qarpızı və toxumlarını orta miqdarda və balanslı şəkildə istehlak etməyi tövsiyə edir. (E-saglam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:12 / 21.06.2025
Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş
Hazırda oxunan: Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş
Hazırda oxunan: Qarpız toxumlarını zibilə ATMAYIB - Şəfa mənbəyi imiş
255830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.