3 azərbaycanlı gənc Rumıniyada təhsil alacaq - RƏSMİ 

3 azərbaycanlı gənc Rumıniyada təhsil alacaq - RƏSMİ 

Hazırda oxunan: 3 azərbaycanlı gənc Rumıniyada təhsil alacaq - RƏSMİ 

25579

2021-2022-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 3 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. 

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qalib namizədlər Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universiteti, Buxarest Universiteti, Ployeşti Neft və Qaz Universitetində bakalavriat və magistratura səviyyələrində psixologiya, sosial elmlər, mədən, neft və qaz ixtisasları üzrə təhsil alacaqlar. 

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq.

Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO