Abituriyentlərin NƏZƏRİNƏ – Gələcəkdə bu ixtisaslara tələbat ARTACAQ

Abituriyentlərin NƏZƏRİNƏ – Gələcəkdə bu ixtisaslara tələbat ARTACAQ

Hazırda oxunan: Abituriyentlərin NƏZƏRİNƏ – Gələcəkdə bu ixtisaslara tələbat ARTACAQ

255725

“Aqrar sahə üzrə ixtisasların abituriyentlər tərəfindən az seçilməsinin əsas səbəblərindən biri cəmiyyətin və valideynlərin gözləntiləridir. Bir zamanlar baytarlıq, zootexniklik və aqronomluq kimi ixtisaslar yüksək qiymətləndirilirdi. Lakin zaman keçdikcə, xüsusilə də özəl sektorun inkişafı ilə bu sahədə xarici mütəxəssislərə üstünlük verilməyə başlandı. Bu isə gənclərin diqqətini daha çox gəlir və nüfuz vəd edən sahələrə yönəltdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.

Onun sözlərinə görə, xüsusilə quşçuluq və heyvandarlıq sahəsində xarici mütəxəssislərin yüksək əməkhaqqı ilə çalışdırılması yerli mütəxəssislərin bazardan sıxışdırılmasına səbəb olub.

Bu da gənclərin aqrar sahəyə marağını zəiflədib.

Ekspert qeyd edib ki, hazırda Azərbaycan Dövlət Aqrar Universiteti əmək bazarının tələblərinə cavab verəcək şəkildə kadr hazırlığı aparır. Buna baxmayaraq, gənclərin əksəriyyəti hələ də aqrar ixtisaslara deyil, hüquq, tibb və informasiya texnologiyaları sahələrinə üstünlük verir.
 

“Bəzi mütəxəssislər hesab edir ki, ixtisas qrupları üzrə seçim sistemi ləğv edilməlidir. Çünki dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində bu sistem yoxdur. Abituriyentlər birbaşa maraq və bacarıqlarına uyğun ixtisas seçimi edirlər”, – deyə M.Məmmədli vurğulayıb.


Ekspert gələcəkdə aqrar sahədə iş imkanlarının artacağını və bu sahəyə marağın tədricən bərpa olunacağını istisna etməyib.

Onun fikrincə, aqrar sahənin inkişafı ölkə üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə peşəkar kadrlara ehtiyac gündən-günə artır.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO