Qabil Məmmədovla bağlı istintaq BAŞA ÇATDI

Qabil Məmmədovla bağlı istintaq BAŞA ÇATDI

Hazırda oxunan: Qabil Məmmədovla bağlı istintaq BAŞA ÇATDI

255668

Almaniyada yaşayan bloqer Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.

Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər.

Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.
 

Qeyd edək ki, Qabil Məmmədov ayrı-ayrı şəxslərə yalan vəd verməkdə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər cinayətlərdə ittiham olunur.


İki ay əvvəl o, rəsmi qaydada Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırışa gəlmədiyindən sonradan təyin olunmuş vəkilin iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO