Bu meyvənin qabığını zibilə atmayın

Bu meyvənin qabığını zibilə atmayın

Hazırda oxunan: Bu meyvənin qabığını zibilə atmayın

255659

Tibbin banilərindən biri olan İbn-i Sina öz əsərlərində qida və bitkilərin müalicəvi gücünü xüsusi vurğulayıb. Onun məşhur "Əl-Kanun fi't-Tıbb" adlı tibbi ensiklopediyasında adını çəkdiyi və təbii müalicə vasitəsi kimi tövsiyə etdiyi ən maraqlı vasitələrdən biri isə - qovun qabığıdır.

Bizim.Media "milli.az"a istinadən xəbər verir ki, əsrlər öncə yazılmış bu tövsiyələr bu gün də aktuallığını qoruyur və bir çox təbii müalicə həvəskarlarının diqqət mərkəzindədir.

İbn-i Sinanın fikrincə, qovun qabığı böyrəklərdəki daş və qum problemlərinə qarşı təsirlidir.

Onun sidikqovucu xüsusiyyətləri artıq mayeləri bədəndən çıxararaq böyrəklərin təmizlənməsinə kömək edir. Həmçinin bu təbii vasitə iltihabları azaldır, bədəni sərinlədir və həzmi nizamlayır.

Qovun qabığını necə istifadə etməli?

İbn-i Sina qovun qabıqlarını aşağıdakı şəkildə istifadə etməyi tövsiyə edir:

Qabıqları kəsin və günəşdə qurudun.

Qurumuş parçaları kiçik hissələrə doğrayın.

Onları təmiz bankada və ya soyuducu çantalarda saxlayaraq qış boyu rahatlıqla istifadə edin.

Qabıqları qaynadaraq suyu içmək həm lif baxımından zəngin, həm də həzmə kömək edən təbii vasitə hesab olunur.

Qovun qabığının digər faydaları:

Alına çəkildikdə göz sağlamlığına dəstək olur

Dərini təmizləyir, sızanaqları və vitiliqonu aradan qaldırmağa kömək edir

Ürək-damar sisteminə müsbət təsir göstərir, təzyiqi tarazlaşdırır

A vitamini ehtiyacını qarşılayaraq görmə zəifliyinin qarşısını alır

Bağırsaq florasını tarazlayır, arıqlama prosesinə yardım edir

Böyrəküstü vəziləri aktivləşdirir, bədəndə maye axınını normallaşdırır

Dərinin pH balansını artıraraq infeksiyalardan qoruyur

Ağciyərləri qoruyur, siqaretin zərərli təsirlərini azaldır

Toksinləri qandan çıxarır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO