15 yaşlı əmisi qızını qaçıran gəncə 4 il 6 ay HƏBS VERİLDİ

15 yaşlı əmisi qızını qaçıran gəncə 4 il 6 ay HƏBS VERİLDİ

Hazırda oxunan: 15 yaşlı əmisi qızını qaçıran gəncə 4 il 6 ay HƏBS VERİLDİ

255616

Masallı rayonunda yetkinlik yaşına çatmayan əmisi qızını qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon məhkəməsinin hökmü ilə 2000-ci il təvəllüdlü Fariz Xasıyev (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 152 və 177-cü (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və oğurluq) maddələri ilə təqsirli bilinib.
 

Qeyd edilib ki, Fariz 15 yaşlı əmisi qızına onunla evlənəcəyini deyərək birgə qaçmağı təklif edib. O, qızı Bakıya qaçıracağını desə də, Masallıda başqa qohumunun evinə aparıb və əxlaqsız hərəkətlər edib. Hadisə barədə polisə məlumat verildikdən sonra yeniyetmənin əmisi oğlu Fariz tərəfindən qaçırıldığı müəyyənləşib.


Gənc oğlanın əvvəllər də məhkum olunduğu, eləcə də həmin ərəfədə oğurluq cinayəti törətdiyi üzə çıxıb.

Məhkəmədə F. Xasıyevin əmisi ona ağır cəza verilməsini tələb edib. Fariz isə əməlindən peşman olduğunu deyib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Fariz Xasıyevə 4 il 6 ay həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO