Azərbaycanda cinayətləri daha çox kimlər törədir? - STATİSTİKA

Azərbaycanda cinayətləri daha çox kimlər törədir? - STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda cinayətləri daha çox kimlər törədir? - STATİSTİKA

255585

Azərbaycanda cinayət törədənlərin sosial-demoqrafik əlamətləri göstərir ki, cinayətkarın formalaşmasına təhsil, işsizlik, yaş kimi faktorların təsiri var.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ildə 25 min insan cinayət törədib.

 

Cinayət törədən şəxslərin 95 faizi kişidir. Bir ildə təxminən 23,7 min kişi cinayət törədib. Cinayətkarların əksəriyyətinin yaşı 29-dan yuxarıdır. Statistika göstərir ki, bu yaşda olan 18 137 nəfər cinayətə yol verib.

 

Daha 6 375 cinayətkarın yaşı 18-29 aralığında, 494 cinayətkarın yaşı isə 14-17 yaş aralığında olub.

 

Cinayət törədənlərin çox hissəsini əmək qabiliyyəti olan, amma işləməyən və ya oxumayan şəxslər təşkil edir. Bütün cinayətkarların 78 faizini, yəni 14 185-ni əmək qabiliyyəti olub işləməyən şəxslərdən ibarətdir.

 

Ötən il məşğul insanlar arasında isə fəhlələr 1 325, qulluqçular 629 cinayət törədib.

 

Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO