“WhatsApp”ı silin!” – Əhaliyə xəbərdarlıq

“WhatsApp”ı silin!” – Əhaliyə xəbərdarlıq

Hazırda oxunan: “WhatsApp”ı silin!” – Əhaliyə xəbərdarlıq

255550

“Telefonlarınızdan “WhatsApp”ı silin!”.

Bizim.Media “globalinfo.az”a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının vətəndaşlara çağırışında qeyd olunub.

İddia edilib ki, proqram heç bir konkret sübut təqdim etmədən istifadəçi məlumatlarını toplayır və İsrailə göndərir.

Hökumət, həmçinin vətəndaşlardan telefonlarını söndürmələrini xahiş edib.

Rəsmilər İran Yayım Korporasiyasına (IRIB) bildiriblər ki, İsrail iranlı alimlərə və yüksək səviyyəli komandirlərə qarşı sui-qəsd hücumlarında mobil telefonlarını izləyib.

“WhatsApp” isə sözügedən məlumatı təkzib edib:

“Bu ittihamlar əsassızdır. Belə məlumatlardan narahatıq. Platformadakı mesajlar şifrələnib və şirkətin bu mesajlara çıxışı yoxdur. İstifadəçilərin yerlərini izləmirik, mesajların məzmununa daxil olmuruq və hökumətlərə ümumi məlumatları təqdim etmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO