Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin məhkəməsi başa çatıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K.Balahəsənli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan və instaqramda 260 min izləyicisi olan Kənanın “EKOİN” adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.
Zərərçəkmiş şəxslər ifadələrində K.Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.
Məhkəmənin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib.
Onun keçmiş sevgilisi E.İsgəndərovanın mülki iddiası da təmin edilib. Kənandan 93 500 manat pulun tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:53 / 19.06.2025
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana HÖKM OXUNDU
Hazırda oxunan: Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana HÖKM OXUNDU
Hazırda oxunan: Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana HÖKM OXUNDU
255544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.