800 manat maaş alır, 944 manat aliment ödəyir - ŞİKAYƏT

800 manat maaş alır, 944 manat aliment ödəyir - ŞİKAYƏT

Hazırda oxunan: 800 manat maaş alır, 944 manat aliment ödəyir - ŞİKAYƏT

255534

Artıq 7 ildir ki, iki övladı üçün aliment ödəyən Nağıb Bədəlov sonuncu qərarla ödəməli olduğu alimentin məbləği ilə razılaşmır. Onun sözlərinə görə, maaşı 800 manat olsa da, ödəməli olduğu aliment 944 manatdır. Bu da rəsmi gəlirindən 144 manat çoxdur. Həmçinin, onun özünün tələbatları nəzərə alınmayıb.

Bəs aliment hansı meyarlar əsasında hesablanır?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı vəkil Rəşad Əliyev açıqlama verib.

O bildirib ki, aliment iki qaydada hesablanır:

"Birinci üsul sabit pul, yəni aylıq qazancın müəyyən hissəsi nəzərdə tutulur. Burda bir uşağa görə aylıq qazancın dörddə biri, 2 uşağa görə üçdə biri, 3 və daha çox uşağa görə isə aylıq qazancın yarısı nəzərdə tutulur. Əgər aylıq qazanc yoxdursa, aliment bu halda sabit pul məbləğində müəyyən olunur".
 

Vəkil bildirir ki, Nağıb bəyə müəyyən olunan alimentin məbləği minumum əmək haqqının mislinə görə müəyyən edildiyi üçün belə bir rəqəm ortaya çıxır. Ailə Məcəlləsinin 112-ci maddəsində aliment məbləğinin dəyişdirilməsi ilə bağlı müddəa nəzərdə tutulub. Əgər məhkəmə qaydasında aliment təyin edildikdən sonra tərəfin maddi vəziyyətində, ailə şəraitində və s. dəyişikliklər baş verərsə, onların məhkəməyə müraciət edərək alimentin məbləğini dəyişdirilməsini tələb etmək hüququ var.


Qeyd edək ki, vətəndaş haqlı olduğu tədqirdə alimentin ödənişində obyektiv çətinlik yaşayırsa, bununla bağlı Ali Məhkəməyə müraciət edə bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO