Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Hazırda oxunan: Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

255459

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin son iki şahidindən biri-İlhamənin saxlanılmasında iştirak edən polis əməkdaşı dindirilib.

Şahid ifadəsində demək olar əvvəlki polislərin dediklərini təkrarlayıb. İlhamə isə bir daha ittihamla razılaşmadığını bildirib, həbsinin əsassız olduğunu iddia edib:

"Mən boyda şəxsiyyətin əlinə qandal vurublar. Cəmiyyətə mən lazımam, azadlıqda da mən olmalıyam. Ağır seyid nəvəsiyəm".

İlhamə daha sonra şahidin ifadəsinə şeirlə münasibət bildirib. Bu məqamda prosesə sədrlik edən hakim Anar Sadıqov ona xəbərdarlıq edib:

"Bura sizin üçün şeir demək yeri deyil. Biz də şeirə qulaq asmağa yığışmamışıq. Bir də bu hal təkrarlanmasın" deyə, hakim tələb edib.
 

Proses sonuncu şahidin dindirilməsini təmin etmək üçün təxirə salınıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas avqustda baş tutacaq.


Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO