Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik aşkarladı - FOTO

Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik aşkarladı - FOTO

Hazırda oxunan: Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik aşkarladı - FOTO

255417

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıblar.

Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
 

Həmin şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.


Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO