SENSASİYA: Rusiyalı milyarder Paşinyanı devirmək istəyib? – İTTİHAM İRƏLİ SÜRÜLDÜ

SENSASİYA: Rusiyalı milyarder Paşinyanı devirmək istəyib? – İTTİHAM İRƏLİ SÜRÜLDÜ

Hazırda oxunan: SENSASİYA: Rusiyalı milyarder Paşinyanı devirmək istəyib? – İTTİHAM İRƏLİ SÜRÜLDÜ

255354

Rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyana qarşı Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar ittihamı irəli sürülüb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
 

Onun sözlərinə görə, Karapetyan özünü təqsirli bilmir və ittihamları rədd edir.


Mediada yayılan məlumata görə, Samvel Karapetyan evindən çıxaraq özü könüllü şəkildə polis maşınına əyləşib. Bu anları "RIA Novosti"nin müxbiri qeydə alıb. Jurnalistlərə açıqlamasında Karapetyan deyib:

“Mən kilsənin və xalqımızın yanında olacağam. Kim məni qaralamağa çalışsa da, hər şey yaxşı olacaq. Xalq öz sözünü deyəcək, onlar səhv etdiklərini anlayacaqlar.”

Daha əvvəl onun tərəfdarları evinin qarşısında toplaşaraq mümkün saxlanılma ehtimalına qarşı narahatlıqlarını bildirmiş, onu dəstəkləmək üçün bir araya gəlmişdilər. Hazırda 50 nəfər polis bölmələrindən birinə aparılıb.

Bu hadisə Ermənistan daxilində kilsə, iş dünyası və hakimiyyət arasında artan qarşıdurma fonunda baş verir. Samvel Karapetyan təkcə iş adamı kimi deyil, həm də Ermənistan Apostol Kilsəsinə açıq dəstək verən nüfuzlu fiqur kimi tanınır. Onun həbsi, ölkədə baş nazir Nikol Paşinyanın müxalif çevrələrə qarşı təzyiqlərini daha da artırdığına dair narahatlıqları gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO