Son iki gündür Bakının bir çox rayonlarında içməli suyun verilməsində fasilə sakinləri çıxılmaz vəziyyətdə qoyub. Onlar müxtəlif ünvanlardan qablarla su daşımaq məcburiyyətində qalıblar.
Bizim.Media “ATV”yə istinadən xəbər verir ki, sakinlər suyu pulla aldıqlarını, bunun da büdcələrinə ziyan vurduğunu bildiriblər.
“İki gündür su yoxdur. Məcburuq gedib mağazadan alaq. Hamı vedrə əlində küçələrdədir”, - vətəndaşlar qeyd edib.
Yeni tikilən binalarda isə su anbarları olduğundan hələ ki problemin olmadığı bildirilir.
Ekspertlər hesab edir ki, MTK-larda olduğu kimi köhnə binalarda da su çənləri olmalıdır ki, qəza halları baş verdikdə sakinləri su ilə təmin etmək mümkün olsun.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, elə ərazilər var ki, alternativ xətlər hesabına bir neçə saatlıq da olsa, su ilə təminatı həyata keçirilir. Həmçinin maşınlarla da bəzi ərazilərə suyun çatdırılması təmin olunur.
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:57 / 18.06.2025
“Hamı vedrə əlində küçələrdədir...” - Video
Hazırda oxunan: “Hamı vedrə əlində küçələrdədir...” - Video
Hazırda oxunan: “Hamı vedrə əlində küçələrdədir...” - Video
255333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.