“Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:
"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".
M.Abbaszadə əlavə edib ki, bu il 1000-dən çox şəxs 600-dən yuxarı bal toplayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:34 / 18.06.2025
Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər – DİM sədri
Hazırda oxunan: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər – DİM sədri
Hazırda oxunan: Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər – DİM sədri
255331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.