Kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar daxil olduqda ilk növbədə bu hallar qeydiyyata alınır. Daha sonra vətəndaşların xəstəxanaya yerləşdirilməsi təmin edilir. Ardınca zəhərlənməyə səbəb ola biləcək qidalarla bağlı ekspertiza həyata keçirilir. Belə hallarda zəhərlənmələr kütləvi xarakter daşıyır.
Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev sosial şəbəkədə canlı yayımda deyib.
İdarə rəisi qeyd edib ki, ötən il Sumqayıt və Gəncə şəhərlərində təhsil müəssisələrində kütləvi qida zəhərlənmələri baş verib. Bu hallar qida məhsullarının emalı zamanı gigiyena qaydalarına əməl edilməməsi nəticəsində yaranıb: "Belə hallarda prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilir və məsul şəxslər inzibati məsuliyyətə cəlb olunur", - deyə o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 18.06.2025
Kütləvi qida zəhərlənmələri ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq
Hazırda oxunan: Kütləvi qida zəhərlənmələri ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq
Hazırda oxunan: Kütləvi qida zəhərlənmələri ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq
255330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.