Hərbi xidmətə gedən şəxsləri ən çox narahat edən məsələlərdən biri iş yerlərinin aqibətidir. Onlar geri qayıtdıqdan sonra əvvəlki işlərinə dönə biləcəklərmi sualı ilə üz-üzə qalırlar.
Bu isə həm dövlət, həm də özəl sektorda çalışanlar üçün aktuallığını qoruyur.
Bizim.Media xəbər verir ki, hərbi ekspert Tərlan Eyvazov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ qanunvericilikdə tənzimlənib:
“Belə ki, hər hansı bir şəxs həqiqi hərbi xidmətə gedirsə, onun işlədiyi yerdə vəzifəsi saxlanılmalıdır. Ona əmək haqqı verilməsə də, qanuna uyğun olaraq həmin müddətdə dövlət tərəfindən təminatlar verilir. Əgər subaydırsa, müəyyən məvaciblə, evlidirsə, uşaqlarının sayına uyğun olaraq dövlət tərəfindən müavinət verilir”.
T.Eyvazov qeyd edib ki, istər dövlət qulluğunda, istərsə də qeyri-dövlət sektorunda çalışmasından asılı olmayaraq, iş yeri saxlanılmalı və şəxs xidmətini başa vurduqdan sonra yenidən həmin iş yerində fəaliyyətini davam etdirməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:36 / 18.06.2025
Hərbi xidmətə gedənlərin nəzərinə
Hazırda oxunan: Hərbi xidmətə gedənlərin nəzərinə
Hazırda oxunan: Hərbi xidmətə gedənlərin nəzərinə
255284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.