Rusiyadan gətirilən dondurulmuş toyuq dərisində uyğunsuzluq AŞKARLANDI

Rusiyadan gətirilən dondurulmuş toyuq dərisində uyğunsuzluq AŞKARLANDI

Hazırda oxunan: Rusiyadan gətirilən dondurulmuş toyuq dərisində uyğunsuzluq AŞKARLANDI

255278

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

 

Bildirilib ki, "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi, "Куриное Царство" müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1,3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında aparılmış parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidilər) aşkarlanıb.


Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna həmin məhsulun ixracının dayandırılmasına dair müraciət ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO