Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən Hüseynov Qadir Səfər oğluna məxsus “Restopub”da, Azərbaycan məhəlləsi 59 ünvanında fəaliyyət göstərən Həsənov Murad Eldəniz oğluna məxsus “Uğurlu məkan” kafesində və İsmayılov Məhərrəm Sabir oğluna məxsus “Uğurlu məkan” çayxanasında gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəalliyyəti məhdudlaşdırılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:07 / 17.06.2025
Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Naxçıvanda bəzi kafe və restoranlarda nöqsanlar AŞKARLANDI - FOTO
255249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.