Müəllimlərin NƏZƏRİNƏ! Sertifikasiya imtahanlarının sualları ÇƏTİN olacaq – RƏSMİ

Müəllimlərin NƏZƏRİNƏ! Sertifikasiya imtahanlarının sualları ÇƏTİN olacaq – RƏSMİ

Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ! Sertifikasiya imtahanlarının sualları ÇƏTİN olacaq – RƏSMİ

255209

“Sertifikatlaşmada qoyulan asan sualların məqsədi ölkədəki müəllimlərin nə qədərinin bu sualllara cavab tapa bilməməsini öyrənməkdir”.

Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki, bu il keçiriən sertifikasiya imtahanlarında da çətin suallar olacaq:
 

“Təlim ehtiyaclarına görə, biz istəsək də, istəməsək də suallar həm asan, həm çətin, həm də orta olmalıdır. Çünki bu, imtahanın xarakteridir. Sertifikatlaşmada əsas məsələ ondan ibarətdir ki, konkret olaraq müəllimlər peşəkar ehtiyaclarına görə qruplaşdırılmalıdır ki, sonra onlarla iş aparıla bilsin. Yoxsa sertifikatlaşdırma başqa cür öz mahiyyətini itirmiş olacaq. Bu ilki imtahanlarda da asan, orta və çətin suallar var. Sözsüz ki, çətin suallar da var, bu qiymətləndirmənin xüsusiyyətidir.


Əgər çətin suallar olmasa, ən yaxşılar müəyyənləşməyəcək”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO