Kamran Əliyevdən 2 prokuror təyinatı

Kamran Əliyevdən 2 prokuror təyinatı

Hazırda oxunan: Kamran Əliyevdən 2 prokuror təyinatı

255193

Gədəbəyə yeni prokuror təyin edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin olunub.

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində çalışıb.

Digər Əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO