Metroda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

Metroda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

Hazırda oxunan: Metroda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

255149

Bakıda metronun "28 May" stansiyasında vaqonda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, naməlum sərnişin qatarda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib.

Azyaşlı "28 May" stansiyasında düşərək bu barədə metro işçisinə məlumat verib və ondan kömək istəyib. Metropoliten əməkdaşı bu barədə mühafizə polisini məlumatlandırıb və onlar stansiya platformasına gəliblər. Həmin vaxt polis həmin şəxsə yaxınlaşaraq şikayət barədə soruşub. Sərxoş vəziyyətdə olan adam polisə tabe olmayıb, stansiya ərazisində səs-küy salıb.

Gəncə şəhər sakini olan 34 yaşlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka həbs edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO