Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”

Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”

Hazırda oxunan: Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”

255100

Son zamanlar yerli televiziya kanallarında yayımlanan şou proqramların keyfiyyətinin aşağı olması və ictimai-mənəvi dəyərlərlə ziddiyyət təşkil etməsi cəmiyyətin ciddi narazılığına səbəb olub. Tamaşaçılar, bu cür verilişlərin artması fonunda yerli kanallardan uzaqlaşmağa başlayıb. Mütəxəssislər isə bu gedişatın təhlükəli tendensiya olduğunu bildirirlər.

Mövzu ilə bağlı tibb elmləri namizədi Rəşid Mahmudov Bizim.Media-ya danışıb.

Mövcud vəziyyəti sərt şəkildə tənqid edən müsahibimizin  sözlərinə görə, televiziyalarda xalqın mənafeyinə zidd olan verilişlər yayımlanır:

“Bəzi verilişlər var ki, yalnız İctimai Televiziyada müəyyən dərəcədə keyfiyyətə cavab verir. Qalan kanalların yayımladığı əksər proqramları isə qəbul etmək mümkün deyil. Mən artıq digər televiziya kanallarına  baxmıram”, - deyə o, bildirib.

Rəşid Mahmudov jurnalistləri də bu məsələdə aktiv olmağa çağırıb.

Onun fikrincə, media nümayəndələri cəmiyyətin bu narazılığını gündəmdə saxlamalı və məsuliyyət daşıyan qurumlara təzyiq göstərməlidirlər:

“Jurnalistlər birlikdə hərəkət edib televiziyaları düzəltməlidirlər. Mövqeyinizi ortaya qoyun. Bu böyük problemdir. Lakin sona qədər etiraz etməklə, ictimai təpkini artırmaqla bunun qarşısını almaq mümkündür. Jurnalistin vəzifəsi bu cür verilişləri tənqid edib, onların yayımına son qoyulmasına nail olmaqdır”,  -deyə Mahmudov media mənsublarına çağırış edib.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO