Qəbələdəki qətlin ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO

Qəbələdəki qətlin ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO

Hazırda oxunan: Qəbələdəki qətlin ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO

255015

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Qəbələnin ucqar Solquca kəndində iki həmkəndli arasında baş verən mübahisə sonradan davaya və nalayiq söyüşə çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mübahisə edənlər qonşular olub.  

Kənd sakini Azad Mirzəyevin sözlərinə görə  39 yaşlı Teymur Səfərəliyev çox sakit və təmkinli bir insandır. Kənddə onun kiminləsə nəsə bir ədavəti və ya münaqişəsi olmayıb. Lakin 51 yaşlı Dəmir Ayvazov nə sakit təbiətli, nə də münaqişəsiz biri kimi tanınmır. Mərhumun çoxları ilə mübahisə və söz-söhbəti varmış. 

Hadisə kəndin meşə ərazisində baş verib və Teymur ona ünvanlanan nalayiq söyüşlərə tab gətirməyərək Dəmiri əlindəki dəhrə ilə qətlə yetirib.  

Mərhumun qohumu Müslüm Əliyev isə hadisə barədə hələlik heç bir məlumata malik olmadığını bildirib. Hazırda o, dəfni və hüzuru yola verməklə məşğul olduqlarını deyib. 

Müslüm Əliyev hadisəni müvafiq orqanların araşdırdığını vurğulayıb. 
 

Xatırladaq ki, hadisəni törədən Teymur Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. 


Baş vermiş cinayət hadisəsi ilə bağlı araşdırma başlanılıb.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO