Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb – FOTO

Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb – FOTO

Hazırda oxunan: Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb – FOTO

255006

İyunun 16-da“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 4-cü “YAŞAT” düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-dan verilən məlumata görə, ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. 

Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların qatıldıqları təlimlər, konsultasiyalar keçiriləcək, konsert proqramları təşkil olunacaq.

“Lankaran Springs Wellness Resort” Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Avqustun sonunadək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.
 

Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.


Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və həkim nəzarəti ilə, həmçinin psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər təşkil olunacaq.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO