Güclü külək Gəncədə 5 irigövdəli ağacı aşırdı – FOTO

Güclü külək Gəncədə 5 irigövdəli ağacı aşırdı – FOTO

Hazırda oxunan: Güclü külək Gəncədə 5 irigövdəli ağacı aşırdı – FOTO

254984

Dünən axşam saatlarında başlayaraq qərb bölgəsində başlayan yağıntılı və güclü küləklə müşahidə olunan hava şəraiti Gəncədə iri gövdəli ağacların aşmasına səbəb olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xoşbəxlikdən təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağaclar piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb. 

Sürətinin 20 metr saniyədən çox olduğu güclü külək şəhər ərazisində 5 iri gövdəli ağacı aşırıb.
 

Gəncə şəhər Mənzil Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə gecə saatlarından başlayaraq baş vermiş təbiət hadisəsəsinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.


Tez bir zamanda aşan iri gövdəli ağaclar doğranaraq ərazidən daşınması təmin edilib.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO