Qəbələ sakini qonşusunu öldürdü

Qəbələ sakini qonşusunu öldürdü

Hazırda oxunan: Qəbələ sakini qonşusunu öldürdü

254925

Qəbələ rayonunun Solquca kəndində dəhşətli qətl olub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında iki nəfər arasında baş verən mübahisə və söyüşdən sonra baş verib. 
 

Qonşular arasında yaranan mübahisə onlardan birinin ölümü ilə nəticlənib. Belə ki, Solquca kənd sakini 39 yaşlı Teymur Səfərəliyev həmkəndlisi, 51 yaşlı Dəmir Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.


Nəticədə Dəmir Ayvazov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən Teymur Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. 

Baş vermis cinayət hadisəsi ilə bağlı araşdırma başlanılıb. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO