Bakıda avtobus sürücüsü kimi gündəmə gələn narkoman vəfat etdi

Bakıda avtobus sürücüsü kimi gündəmə gələn narkoman vəfat etdi

Hazırda oxunan: Bakıda avtobus sürücüsü kimi gündəmə gələn narkoman vəfat etdi

254864

Ötən il Bakıda müntəzəm marşrut xətti üzrə sürücüsü kimi çalışan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov vəfat edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, nun məlumatına görə, o, onkoloji xəstəlik səbəbilə ötən gecə dünyasını dəyişib.
 

Mərhumun “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən qəbirstanlıqda dəfn olunuduğu bildirilir.


Xatırladaq ki, o, ötən il paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışıb.

B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

“Batya Vasmoyski”nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə “Qafqazinfo”ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO