Astarada gənc qadını əri döydü - Vəziyyəti AĞIRDIR

Astarada gənc qadını əri döydü - Vəziyyəti AĞIRDIR

Hazırda oxunan: Astarada gənc qadını əri döydü - Vəziyyəti AĞIRDIR

254807

Astarada gənc qadın həyat yoldaşı tərəfindən döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, hadisə Astara rayonunda baş verib.
 

2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıb. Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib.


Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və bu səbəbdən vəziyyəti kritikdir. Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib.

Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti hələ də sabitləşməyib.

Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO