Qusardan olan məzunlar üçün də “Son zəng” ÇALINDI - FOTO

Qusardan olan məzunlar üçün də “Son zəng” ÇALINDI - FOTO

Hazırda oxunan: Qusardan olan məzunlar üçün də “Son zəng” ÇALINDI - FOTO

254757

Ölkəmizin bütün bölgələrində olduğu kimi, bu gün Qusar rayonunun ümumtəhsil məktəblərində də 2024/2025-ci tədris ilinin başa çatması münasibətilə ənənəvi “Son zəng” tədbirləri keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar şəhəri və kəndlərində yerləşən ümumtəhsil məktəblərində təşkil olunan bayram tədbirləri şagirdlər, müəllimlər və valideynlər üçün əsl təntənəyə çevrilib.

Məktəb məzunları və birinci sinif şagirdlərinin iştirakı ilə hazırlanan bədii-musiqili proqramlar tədbirlərə xüsusi rəng qatıb. Tədbirlərdə çıxış edən məktəb direktorları, müəllimlər, valideynlər məzunları təbrik edərək, onları qarşıda duran həyat yollarında uğur və inamla addımlamağa səsləyiblər.

Tədbirlərin sonunda çalınan “Son zəng" məktəblə vidanı və müstəqil həyata doğru atılan ilk addımı simvolizə edərək məzunların yaddaşında silinməz iz buraxıb.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO