Kür çayında “boğulan” 4 uşaq anası sağ imiş -  “Məni axtarmayın, Bakıdayam”

Kür çayında “boğulan” 4 uşaq anası sağ imiş -  “Məni axtarmayın, Bakıdayam”

Hazırda oxunan: Kür çayında “boğulan” 4 uşaq anası sağ imiş -  “Məni axtarmayın, Bakıdayam”

25473

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.

Bizim.Media xəbər verir ki, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. “Məni axtarmayın, Bakıdayam”, - qadın deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Salyanda dəhşətli olay - 4 uşaq anası özünü Kürə atdı - YENİLƏNİB


Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olması idi.

Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO