AZAL daha bir neçə istiqamətdə reysləri ləğv ETDİ – SİYAHI

AZAL daha bir neçə istiqamətdə reysləri ləğv ETDİ – SİYAHI

Hazırda oxunan: AZAL daha bir neçə istiqamətdə reysləri ləğv ETDİ – SİYAHI

254698

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:

Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

14 iyun 2025-ci il:

* Bakı – Tel-Əviv – Bakı (J2 331/332)

* Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

* Bakı – İslamabad – Bakı (J2 143/144)

* Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

* Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠


15 iyun 2025-ci il:

*
Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

*
Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
* Bakı – Tehran – Bakı (J2 8017/8018)

 

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.


AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO