Rusiya vətəndaşlarının İrandan çıxarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Rusiya vətəndaşlarının İrandan çıxarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Hazırda oxunan: Rusiya vətəndaşlarının İrandan çıxarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

254686

Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

Bu barədə Bizim.Media Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
 

“Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, - məlumatda bildirilib.


Rusiya XİN-in məlumatına görə, iyunun 14-nə keçən gecə bu ölkənin Tehran və Bakıdakı səfirliklərinin iştirakı ilə 86 nəfərdən (ikisi uşaq olmaqla) ibarət birinci qrup Astara avtomobil buraxılış məntəqəsi vasitəsilə İran və Azərbaycan dövlət sərhədinin quru hissəsini keçib.

“Söhbət rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Qrupda Rusiya vətəndaşlarından başqa Belarus, Latviya, Serbiya, Özbəkistan və Tacikistan vətəndaşları da olub”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO